Af’tabi-təl’ətin tutduqca övci-irtifa’
Af’tabi-təl’ətin tutduqca övci-irtifa’, Qətli-əhli eşqə tiği-qəmzədir ondan şüa’.
Dəşt tutmaq adətin qoymuşdu Məcnun eşqdə, Şöhreyi-şəhr olmağın rəsmin mən etdim ixtira’.
Zərq dəryasında bir xaşakdır kim, cizginir Sufiyi-şəyyad kim, dövran tutub eylər sima’.
Keçdigim dünyavü üqbadən səninçün oldu faş, Doğru derlər: “küllü sirrin cəvəzəl-isneyni şa”1.
Ol büti-sərkəş gəlir, salmış cəmalından niqab, Ey səlamət əl-firaq, ey əqlü iman, əlvida.
Canü dil bir ömrdür tiğinçün eylərlər cədəl, Girmədən tiğin sənin ortayə, qət’ olmaz niza’.
Ey Füzuli, axirət mülkünə lazımdır səfər, Böylə fariğ, təqvadən mühəyya qıl məta’.
Lüğət: Zərq – hiylə, biclik; Xaşak – çör-çöp; Şəyyad – fırıldaqçı, yalançı, ikiüzlü