Əsas məzmuna keç

Qəzəl

Afitabın təl’ətindən mahi-taban ru tutar

İmadəddin Nəsimi

1

Afitabın təl’ətindən mahi-taban ru tutar, Çini-zülfündən Xətada nafeyi-ahu tutar.

Bilmənəm hurimisən, yoxsa məlaik, ya pəri, Kim ki, gördü ay üzün şərməndə oldu, xu tutar.

Bər-kənari-çeşmimə basğıl qədəm, ey sərvinaz, Sərvə adətdir ki, məskən bər-kənari-cu tutar.

Görmüşəm, həm qanda kim, aslan qılır ahu şikar, Mən əcaib qalmışam, aslanları ahu tutar.

Çeşmimə dedim fərağından anın çox ağlama, Nagəhan tufan qopar, mülki-cahanı su tutar.

Mərg aman versə, əlindən qoyma dilbər damənin, Tutmasan, bilgil, əcəl ol xud səni niku tutar.

Qeyrət iltürmən ki, hindu bərgi-nəsrin yastanur, Xublara adət nədən, lələ müdam hindu tutar.

Müshəf açdım, falıma gəldi camalın ayəti, Əhli-tövhidin kəlamı falımı niku tutar.

Ləblərinin şərbətindən bir qədəh sun, saqiya, Lə’lini içdi Nəsimi, hər zaman bir ku tutar.

Lüğət: Afitab – Günəş; Mahi – Balıq; Şərməndə – Utanmış; Mərg – Ölüm; Damən – Ətək; Niku – Yaxşı; Bərg – Yarpaq; Müshəf – Kitab; Tövhid – Birlik

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.