Afitabi-zərfəşan, ya badeyi-yaqutdur
Afitabi-zərfəşan, ya badeyi-yaqutdur, Ruhi-ruhullahi-əzəm, ruh üçün ya qutdur.
Ləbmidir, ey Xızri-xət, ya çeşmeyi-abi-həyat, Xaldır dövri-rüxündə, ya xəti-yaqutdur.
İki zülfün sərnigun çahi-zənəxdanə düşüb, Çahi-Babildə məgər Harut ilə Marutdur.
Olmayıbdır, ey qəmər, gündə küsufi-afitab, Hüsnüvü görmüş qaçıb rəngi, bu gün məbhutdur.
Badeyi-gülfam ilə aludə olmuş caməsi, Ya damıb pirahəni-dildarə qarə tutdur.
Gözlərin təlimi-sehr eylər sənin mərdümlərə, Ey gözüm nuru, bular Harut ilə Marutdur?!
Bülbüli-gülzari-qüds idin əzəldən, Seyyida, Heyf kim, indi məqamın aləmi-nasutdur.