Əsas məzmuna keç

Qəzəl

Adım ismayıl ibni heydəriyəm

Şah İsmayıl Xətai

1

Adım İsmayıl ibni Heydəriyəm, Əlinin çakərinin çakəriyəm.

Hüseyni məzhəbəm mən din içində, Məvali olanın mən rəhbəriyəm.

Mənim ğazilərümə hörmət eylən, Könül evində onların biriyəm.

Məni onlardan ayru sanmanız siz, Vəleykin onların mən sərvəriyəm.

Mənəm həm pirü həm sultani-aləm, Xətayiyəm, şahın bir kəmtəriyəm.

Lüğət: Məvali – sahiblər, hamilər, dostlar

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.