Açar düyünlərimi açsa bəlkə naleyi-zar
Açar düyünlərimi açsa bəlkə naleyi-zar, Açılsa nalə yolu, işdən hər düyün açılar.
Gözümdü yolda ki, müjgan tökə ürək qanın, Ümid güllərini qoymur açmağa ol xar.
Açıb gözüm könülə razi-eşqi, rüsvayəm, Açılmasın gərək eşq, razı duymasın əğyar.
Düşüb vüsalı o ayüzlünün bu qəlbimə, ah, Nolurdu falımı açsa o müshəfi-rüxsar.
Eşitmişəm öyünür gül, deyir lətifəm mən, Sən aç dodaqlarını, güldə olmasın göftar.
Aça bilərmi fələk hiyləsiylə bir qapını Ki, bağlamış onu qəmzən sənin, sevimli nigar.
Füzuli tək hanı bir eşq əsiri, pünhan dərd Onu həlak qılır, etməz heç kəsə izhar.