Açanda göz üzünə aşiqin, olur heyran
Açanda göz üzünə aşiqin, olur heyran, Axıb gedər üzümə sel kimi ciyərdən qan.
Sən üz açanda, o hüsnə doyunca baxmaq üçün, Işıqlı bir göz olur gözlərimdə hər müjgan.
Ürəkdə min cürə dərdim düyünlənib, lakin, Birin də söyləməyə yox o dilbərə imkan.
Görüb də xasiyyətin, yummuşam camalına göz, Cəfanı tərk elə, ta mən də göz açım, canan.
Evim qaranlıq olub taleyimlə, faydası yox, Qapı-baca aça bilsəm də əşkü ahımdın.
Vüsali-şəminə yannam misali-pərvanə, Fəraqı qoysa əgər qol-qanad açam bir an.
Neçün gərək üzümə mən açım bəla qapısı, Gərək, Füzuli, yumam göz o mahi-tabandan.