Əsas məzmuna keç

Qəzəl

Aç bu sərapərdəyi gir içəri, cana bax

İmadəddin Nəsimi

1

Aç bu sərapərdəyi gir içəri, cana bax, Gör nə təcəlli qılur pərtövi-canana bax.

Dost gözündə görüb sürməyi könül gözü, Eşq ilə ondan dönüb təl’əti-sultana bax.

Əksini gör ol üzün istər isən görməyə, Can ilə canan gözün, ayineyi-cana bax.

Açdın isə həq gözün görmək üçün həq üzün, Küfrü əlində kimi şö’leyi-imana bax.

Sövmiəvü məscidə guşənişin oluban, Kafiri kisvət geyib, sən bu müsəlmana bax.

Gözlərinin ayəti əksi əyan göstərir, Dilər isən görməgə surəti-insana bax.

Niçün əgər şir isən meşədə zinharəsən, Murçələrdən olub dedigi mərdanə bax.

Surəti-şirazidən gözünü ayırma kim, Eylə ki, bu sən deyən dövləti-pünhana bax.

Canavü həm cahana versə əgər vəslini, Al, ey Nəsimi, anı, qiyməti-ərzana bax.

______________________Milli Kitabxana_______________________

Lüğət: Təcəlli – Əzəmətli zühur etmə; Pərtöv – İşıq, parıltı; Kisvət – Paltar; Əksi – Nöqsan; Şir – 1. Süd, 2. Şir; Qiyməti – ərzan – Baha qiymət

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.