Abadi-gənci-həqqi viranələrdən axtar
Abadi-gənci-həqqi viranələrdən axtar. Ürfani-bəzmi-eşqi meyxanələrdən axtar.
Zülmat çeşməsindən İskəndər oldu məyus, Abi-həyati-nurun peymanələrdən axtar.
Sordum—nədir məhəbbət? Ərbabi-əql susdu, Əsrari-hübbi yalnız divanələrdən axtar.
Şəmin şərarəsindən axtarma nari-cansuz, Eşqi-həqiqi-narın pərvanələrdən axtar.
Əldə tutub kitabı, aldatma xəlqi vaiz, O sözlərin tamamın əfsanələrdən axtar.
Zülfi-nigarə yetməz yüz şanə olmamış dil, Get onu aşikarə sən şanələrdən axtar.
Axtardığın Şəfai yoxdursa aşinadə, Ar eyləmə, utanma biganələrdən axtar.