Gətirmə
Hər dilinə gələni sən qələmə gətirmə, Aləm olmayan sözü bu aləmə gətirmə.
6 əsər · İki beytlik müstəqil şeir
Hər dilinə gələni sən qələmə gətirmə, Aləm olmayan sözü bu aləmə gətirmə.
Diri ölülərdən bir xahişim var, Ölmüş dirilərə toxunmasınlar.
Ulu Tanrım, yaşamağa bir az möhlət, macal ver, Macal verə bilmirsənsə, bir ağrısız əcəl ver.
Başlar üstə çox dolandı göz çıxaran tüstülər, İnsan yedi bir-birini, küsdürdülər, küsdülər.
Bu gün yerin üstündəyəm, sabah altı mənimdir. Yer altında hər qaranlıq, hər qaraltı mənimdir.
Şimşəklərin, tufanların dağ başında məşqi var, Hər tufanda, çaxnaşmada zirvələrin eşqi var.