«ZİYA» QƏZETİNƏ — Mərhəba, ey İrəvanın xaki-zibamənzəri
Mərhəba, ey İrəvanın xaki-zibamənzəri – Kim, gəlib səndən vücudə əhli-məna sərvəri. Mərhəba, ey İrəvan, ey məcməül-bəhreyn-əsər, Bəhrsən, Abbasi-namavər o bəhrin gövhəri. Gövhəri-qabil, münni-əhli-ürfan, feyzi-həqq – Kim, olubdur zatı bir alicənabın yavəri. Eyləyib himmət «Ziya» haqqında ol xurşidfər, Ta «Ziya» olsun cahanda əhli-həqqin rəhbəri. Aləmə açsın zəbani-pənd, töksün dürlər, Zöhrəvü Xürşidü Məh olsun o dürrə müştəri. Mərhəba, ey sahibi-himmət Məhəmmədzadə kim, Sən bu imdad ilə şad etdin dili-peyğəmbəri. Çün qəzetdən şad olur əhli-səvadi-ruzigar, Sən onu ehya edib, şad eylədin aləmləri. Sən təki bir beş nəfər qeyrətkeş olsaydı əgər, Çəkməz idik aləm içrə minnəti-gavü xəri. Gər qəzet qədrin hələ bilməzsə bu qövm, eybi yox, İbtidadə hər işi, ari, sanırlar sərsəri. İbtida Musanı təkzib etdi qövmi-Qibtiyan, Bildilər gövsaləni məbud qövmi-Samiri. Aqibət öz nurini izhar qıldı ləmyəzəl, Oldular ol zatlər hər eybü nöqsandan bəri. Bilməsə nadan qəzet qədrin, əzizim, nəqsi yox, «Qədri zər zərgər şünasəd, qədri cövhər cövhəri». Əhli-ürfanə müin olmaq kəmal istər özü, Bikəmalın yox kəmal əhlilə meyli-xatiri. Nükteyi-«mən ləm yərək ləm yörifə» ol qutəvər, Ta sənə ol nüktə açsın bir mütəvvəl dəftəri. Sən qəzet tərcihinə aləmləri təhris edib, Aləmi tutdun əziz, aləmdə xar etdin zəri. Pul əziz olmuş cahan əhlinə ol qayətdə kim, Ta sanıllar əskinası Cəbrəilin şəhpəri. Puldurur məbudu bu xəlqin, nə lazım mərifət, Simi «ya Səttar!» oxurlar, zərrə derlər təngəri Seyyida, Abbasə qıl daim dua kim, ol cavan Həzrəti-Əbbas ilə məşhur görsün məhşəri. Düşməni-Əbbas ola daim əbusən-qəmtərir, Görməsin əhbabı üqbadə şərari-Azəri.
İrəvanlı Abbas ağa haqqında