Əsas məzmuna keç

Qoşma

Zirvələrdən zirvələrə yol gedir

Zəlimxan Yaqub

2

Şair, sən ki vurulansan göylərə, Boyun bükmə, üfüqlərə bax, yeri. Zirvələrdən zirvələrə yol gedir, Küləklərdən qanadını tax, yeri.

Sualları, sorğuları soraqla, Keçən ömrü kitab kimi varaqla. Qollarınla göy üzünü qucaqla, Sellər kimi dərələrdən ax, yeri.

Paltar olub, hər bədənə geyilmə, Can çürüdüb öz içindən yeyilmə. Sınaqlara, tufanlara əyilmə, Dürüst dillən, aydın danış, şax yeri.

Almaniya, München şəhəri, 2008, 14 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.