Əsas məzmuna keç

Heca şeiri

Zəlzələ

Zəlimxan Yaqub

1

Ürəyi istəsə, tərpədər atını, Titrədər torpağın ən dərin qatını. Vüqarlı dağların endirər başını, Gizlədər qoynunda tarixin yaşını. Odlanar ən ağır dərdinin ahında, Köksünü dərindən ötürən zəlzələ. Qəzəbi tutanda silkələr dünyanı, Aləmi çiynində götürən zəlzələ. Enəndə dərədir, qalxanda dağ olar, Torpağın qəlbində sağalmaz dağ olar, Ünvanı, imzanı itirən zəlzələ. Haqqı var öyünə, yaşada adını, Kəpəzi göylərin fövqünə qaldırıb, Göygölü dünyaya gətirən zəlzələ.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.