Zəlzələ
Yer niyə titrədi ayaqlar altda? Bəlkə, günahımız titrədir yeri. Hər ölüb gedənlə torpaq altına Gömülən ahımız titrədir yeri.
Dəqiqə nə gərək, saat nə gərək, Bir neçə saniyə onun bəsidi. Allahlıq eşqinə düşənlər üçün Allahın insana işarəsidi.
Cilovu çəkilməz, ovsuna yatmaz, Yoxluğa çevirər bütün varlığı. Heyif ki, insanı dəyişə bilmir, Allahın bu qədər xəbərdarlığı.
2000, 6 dekabr