Əsas məzmuna keç

Qoşma

Zəlimxan səs verir haqqın səsinə

Zəlimxan Yaqub

1

Necə vurulmayım bu cəhcəhlərə, Dünya, mən baharam, mən yazam, – deyir. Hər süzülən sünbül, hər açan çiçək, Mən ərkəm, sevgiyəm, mən nazam, – deyir.

Heyranlıq yaradan, heyran qalan var, Gözəllik önündə seyrə dalan var. Nə ki yer üzündə qanad çalan var, Şahinəm, Şonqaram, Şahbazam, – deyir.

Allahın eşqiylə çağlayır bulaq, Tanrı duasıyla tərpənir dodaq. Kökünün üstünə əyilən budaq, Torpağa qılınan namazam, – deyir.

Ucalır zilinə, enir pəsinə, Haqq əli toxunur hər pərdəsinə. Zəlimxan səs verir haqqın səsinə, Mən taram, kamanam, mən sazam, – deyir.

2007, 15 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.