Zəlimxan, ruhun var güldə, çiçəkdə
Qabarıb çəkilən dəniz ömrümün Dənizi çəkilər, adası qalar. Başımda zamanın ağrısı göynər, Canımda illərin qadası qalar.
Gözəllik Allahım, gözəllər şahım, Görüşü sevincim, həsrəti ahım, Saz ruhum, söz canım, qələm silahım, Mənə öz ruhumun qidası qalar.
Zəlimxan, ruhun var güldə, çiçəkdə, Təntimə sazaqda, sınma küləkdə, Eşidən qulaqda, duyan ürəkdə, Şair şöhrətinin sədası qalar.
2003, 9 sentyabr