Əsas məzmuna keç

Qoşma

Zəlimxan dünyaya təzədən gələr

Zəlimxan Yaqub

1

Könül məclisində sən görünəndə, Söz meydən süzülər, məzədən gələr. Dilindən nə çıxsa, məst eylər məni, Sanaram şərabdı, kuzədən gələr.

Sevgi çəmənində naxış olarsan, Ömrümə bir nurlu baxış olarsan, Səhrayam, qoynumda yağış olarsan, Söhbət sünbüllənər, sözə dən gələr.

Duman dağlarımı bürümüş olsa, Fələk dam-daşımı kürümüş olsa, Zəlimxan torpaqda çürümüş olsa, Dirilər, dünyaya təzədən gələr.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.