Zəlimxan dilində
Mən kiməm ki, məclis quram, meydan açam, söz danışam, Danışdıran danışdırır, ruh dilində, can dilində.
Güllərə bax, hər toxumu dönüb bir gülüstan olub, Arılar da nəğmə deyir bal dilində, şan dilində.
Tanrı ilə danışmağın bir yolu var, sevgi yolu, Şeytan ilə danışıram qılıncla qalxan dilində.
“Bəy ərənlər” deyə-deyə dilləndirib qopuzunu, Dədə Qorqud söhbət açıb bəy dilində, xan dilində.
Mənim dilim sevgi dili, Tanrı dili, haqq dilidi, Əgər məni sevirsənsə, danış Zəlimxan dilində.
2007, 1 yanvar