Əsas məzmuna keç

Qoşma

Zəlimxan

Zəlimxan Yaqub

1

Rahatlıq verməyib şairə Allah, Hər gün öz ömrünü çapar Zəlimxan. Buluddan sıyrılar ildırım kimi, Dağdan qaya kimi qopar Zəlimxan.

Qalxar dan yerindən, günəştək doğar, İşığı, zülməti parçalar, boğar. Nur kimi süzülər, yağıştək yağar, Torpağın bağrına hopar Zəlimxan.

Bir əli yazdadı, biri qışdadı, Gündə bir mənzildə, bir yarışdadı. Bütün ömrü boyu axtarışdadı, Çətin itənləri tapar Zəlimxan.

2000, 22 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.