Əsas məzmuna keç

Qoşma

Zəlimxan

Zəlimxan Yaqub

2

Uzaq eldə necə keçir günlərin, Yaxın eldən aralanan Zəlimxan. Sinəsində dərdin-qəmin dağları, Cərgə-cərgə sıralanan Zəlimxan.

Sənsən ocaq, sənsən oda asiyan, Kürəyində el yükünü daşıyan, Bir canıyla yeddi yerdə yaşayan, Yeddi yerə parçalanan Zəlimxan.

Baxma qəlbin ağrılara hədəfdi, Harda olsan üzün haqqa tərəfdi. İstanbulda ölməyin də şərəfdi, İstanbulda yaralanan Zəlimxan.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.