Zarlar içində
Çovdur xan, köməyim, könül dirəyim, Sən vəfat edibsən zarlar içində, Göyləndə pəlvanım, elə gərəyim, Xalqı qoyub getdin narlar içində.
Gələ bilməz idi ardından düşman, Gələn tapdı getdi zorundan peşman, Qoca dağdan bəri − göylənə aşman, Bizi qoyub getdin marlar içində.
Fələk sənin gül ömrünü soldurdu, Xəzan dəydi, tər qönçəni yoldurdu, Qara dağlar dözməz, başın qaldırdı, Gözü yaşlı duman-qarlar içində.
Kimə nəsib oldu İsfahan yayın, Sözümdə yanlış yox, behiştdir cayın, Göylən, yomut - viran oldu sarayın, Fələk viran etdi xarlar içində.
Məxdumqulu, həmdəm ağlın-sirdaşın, Tuta bilməz özün, töküb göz yaşın, Duman aldı dağlar kəmərin, başın, Günəşlə ay batdı zarlar içində.