Zamanın insana sözü
Ey atçapan oğullar, dayandırın atları, Siz hara quştək uçub, yel kimi əsirsiniz?
Özünə dayaq bilib yəhəri, üzəngini, Səsləndirib yarışda havalanmış cəngini, Nəmər alıb, yer tutub, mənzillər kəsirsiniz.
Nə ki çapdınız yetər, boşaldın cilovları, Bir-bir yəhərdən salıb ovçu vurar ovları. Mən zamanam, siz insan, ey vaxtın girovları, Siz mənim əllərimdə əbədi əsirsiniz.
Çox da havalanmasın göy sularda üzənlər, Üfüqdə qanad çalıb buludlarda süzənlər, Ey bu gün “cıdır” deyib, “yarış” deyib gəzənlər, Sabah torpaqda palaz, ayaqda həsirsiniz!
2003, 20 noyabr