Əsas məzmuna keç

Qoşma

Zamanıdır

Məxdumqulu Fəraqi

1

Deyin arsız-namussuza: Bu gün onun zamanıdır. Yığsın Qarun kimi mallar, Xəzinə boş − dövranıdır.

Ah, neyləyim, bəxtim qara, Qəlbim, bağrım para-para, Ərzim deyin sevən yara, Bu dərdimin dərmanıdır.

Çaşdı qızıqlı bazarım, Artdı gün-gündən azarım, Kəsməz oldu şol nəzərim, Alnında dağ dumanıdır.

Yalnız fərzənd ruyin görüb, Gəlmişəm Xivədən yürüb, Çöl içindən köhlən sürüb Gəldim, haqqın fərmanıdır.

Məxdumqulu, dərdin əyan, Var-yoxunu qıldın bəyan, Dilini yığ, vardır ziyan, Ağıl onun heyranıdır.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.