Əsas məzmuna keç

Heca şeiri

Zaman gələr

Zəlimxan Yaqub

1

Yoxuşlarda bərkə-boşa düşəndə, At igidi, igid atı tərpədər. Haqqa çatar igidlərin nərəsi, Yeri-göyü, yeddi qatı tərpədər.

Kim kiridər mənim kimi ağları? Gözüm gördü keçib gedən çağları. Zəlzələlər tərpətməyən dağları, Zaman gələr, bir bayatı tərpədər.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.