Əsas məzmuna keç

Heca şeiri

Zaman

Zəlimxan Yaqub

1

Zamana nə var ki, vaxta nə var ki, İstəsə, tökəcək gözlərimizi. İstəsə, göz üstə qaş düzəldəcək, Bu daşı bir zaman quma döndərib, Bu qumdan bir zaman daş düzəldəcək.

Bir də görəcəksən, dönüb geriyə, Kotan düzəldəcək, xış düzəldəcək. Bir də görəcəksən, çıxıb qabağa, Dəmirdən düşünən baş düzəldəcək.

Huşu yerindədi, huşsuz qalmaz o, Yeyər nəsilləri, dişsiz qalmaz o. İşini biləndi, işsiz qalmaz o, Yox yerdən özünə iş düzəldəcək.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.