Əsas məzmuna keç

Heca şeiri

Zaman

Zəlimxan Yaqub

3

Axşam gözlərini yum, Səhər gözlərini aç. Vaxt yerisin, yürüsün, Sən də arxasınca qaç.

Tanrıdan taxt dilərsən, Talədən baxt dilərsən, Həyatdan vaxt dilərsən, Olmusan vaxta möhtac.

Vaxtın qiymətini bil, Vaxtın hökmünə əyil. Sənin başında deyil, Vaxtın başındadır tac!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.