Əsas məzmuna keç

Qoşma

Zal məzarı

Zəlimxan Yaqub

4
Zal babamızın ruhuna bağışlayıram

Bir el ağsaqqalı, bir dağlar oğlu, Qarışdı torpağın lal məzarına. Qəribin qürbətdə evi yıxılar, Düşər xal üstündən xal məzarına.

Qız örtər başına qaradan şalı, Oğulun zəhərə çevrilər balı. Sahibsiz köhlənin tökülər nalı, Dönər qapı-baca lal məzarına.

Saça qırov düşər, saqqal çal olar, Bu halı duyanlar əhli-hal olar. Hər çiçək islanmış bir dəsmal olar, Qarabağ ağlayar Zal məzarına.

2007, 20 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.