Yuxunun əlindən alıb gecəni
Yuxunun əlindən alıb gecəni, Bir sirdaş olmuşam əriyən şama. Yanmışam hər sözün istisində mən, Yazmışam gözümdən yaş dama-dama. Səhərin yanına üzüağ gəlib, Varlığım güvənib eşqə, ilhama. Gecəni gündüzə qata bilməsə, Kim çatar arzuya, kim çatar kama.
1974, 23 yanvar