Əsas məzmuna keç

Gəraylı

Yuvası dağılan quş

Zəlimxan Yaqub

1

Yuvasını dağıtdılar, O quş yuva dərdi çəkir. Neçə günün xəstəsidi, Dərman-dəva dərdi çəkir.

Uçub beçə, qaçıb fərə, Öz başına qalıb hərə. Qalxa bilmir zirvələrə, Təmiz hava dərdi çəkir.

Son qazancı qəm olacaq, Ömrü-günü kəm olacaq. Görən kimə yem olacaq, Döyüş, dava dərdi çəkir.

2006, 25 oktyabr Kislovodsk

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.