Əsas məzmuna keç

Qoşma

Yuva

Zəlimxan Yaqub

2

Allahım, nəğməylə, cəhcəhlə doldur Arı pətəyini, quş yuvasını. Qartalı ayırma öz zirvəsindən, Kəklik də qızdırsın daş yuvasını.

Deşir ürəyimi tikan ucutək, Hər saralan yarpaq, hər solan çiçək. Görən kəndimizdə kim isidəcək Üşüyən evlərin boş yuvasını.

Yuva uçurmasın hiylənin toru, Nifrətin atəşi, qəzəbin qoru. Allahım, ürəkdə sən özün qoru Bütün yuvaların baş yuvasını.

2007, 31 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.