Yusif deyə-deyə
Mən Yaqubam, ahı-zarı Çəkəm Yusif deyə-deyə, Gözlərimin qanlı yaşın Tökəm Yusif deyə-deyə.
Fələk ağlar göz yaşıma, Nə sevda saldın başıma, Məcnun olub dağ başına Çıxam Yusif deyə-deyə.
Hər tərəfdən bölgə-bölgə, Bulud oynar, salar kölgə, On iki dağ, yeddi cülgə Sökəm Yusif deyə-deyə.
Getdi Yusif, gəlməz xəbər, Duraram ağlar hər səhər, Qala-qala, şəhər-şəhər Sökəm Yusif deyə-deyə.
Məgər Yusif düşdü çaya, Camalın deb baxam aya, İraq zəmin Kərbalaya Baxam Yusif deyə-deyə.
Həsrətimə fələk ağlar, Aşiq oldu dilsiz zağlar, Fərhad olub böyük dağlar Yıxam Yusif deyə-deyə.
Yusif gəzər dildən-dilə, Şeyda olub çöldən-çölə, Soraq salıb eldən-elə Çıxam Yusif deyə-deyə.
Ötər əyyam dönə-dönə, Keçər bu can yana-yana,
Ertə, axşam aya, günə Baxam Yusif deyə-deyə.
Məxdumqulu, dost üzündən, Durmaz, yaş axar gözündən, Bülbül olub yar sözündən, Oxam Yusif deyə-deyə.