Yük
Mənim dərdim nə dəvənin, Nə də bir quşun yüküdü. İçimdəki qəm səngəri, El yükü, qoşun yüküdü.
Xəstə ölür, sağa nə var, Mən nə çəkdim, dağa nə var. Ağılsız olmağa nə var, Yük ağlın, huşun yüküdü.
Deyən çox-çox əzəl deyib, Gül ömrünə xəzəl deyib. Ellər məndən gözəl deyib: Yüküm qurğuşun yüküdü.
2000, 29 sentyabr