Əsas məzmuna keç

Gəraylı

Yoxdu

Zəlimxan Yaqub

1

Eşq olan yerdə Allah var, Allahlıqda riya yoxdur. Şeytanlıqda bircə damla, Halallıqdan maya yoxdur.

Tanrı kimi çıx meydana, Cansızları gətir cana. Başını qoşma şeytana, Onda abır-həya yoxdur.

Göyü uca, yeri dərin, Ruhu sakit, qəlbi sərin. Haqqa doğru gedənlərin Dilində bəd dua yoxdur.

2011, 15 may Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.