Əsas məzmuna keç

Qoşma

Yorulmasın haqq yolunda yeriyən

Zəlimxan Yaqub

1

Qara bulud, örtmə Ayın üzünü, Göyə baxım, işıq görüm, nur görüm. Dəli tufan, çalxalama dənizi, Qoy, dibində inci görüm, dürr görüm.

Yorğun salıb daşa salma yolumu, Tez yağdırma yağışımı, dolumu. Qoca dünya, qandallama qolumu, Tilsim qırım, xəznə tapım, sirr görüm.

Yorulmasın haqq yolunda yeriyən, Yarımasın ruh sındıran, ər əyən. Nifrətləri toza dönüb əriyən, Sevgiləri qaynar görüm, gur görüm.

2002, 22 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.