Əsas məzmuna keç

Qoşma

Yolun çətini

Zəlimxan Yaqub

1

Durna qatarını pozmaqdan ötrü Başçını vururlar səfindən əvvəl. Tanrı bir dərd verir insan oğluna, Doğranır soğanı kefindən əvvəl.

Sıxır sümüyünü, yeyir ətini, Haqq görür insanın aqibətini. Dəfndən sonradı yolun çətini, Nə varsa yüngüldü dəfndən əvvəl.

İnsan bir quruca bədən olacaq, Bədən qarışqaya vətən olacaq, Görüb-görəcəyi kəfən olacaq, Yazıq nə gördü ki, kəfəndən əvvəl.

2003, 5 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.