Yolların
Havası hər zaman ürəyimdədi, Havalı yolların, dəli yolların. Ömrümü özündən uzun eyləyər, Astadan əsəndə yeli yolların.
Sevinsə, hər yanı gül-çiçək açar, Sükut baş götürüb əlindən qaçar. Yarğandan atılar, qayadan uçar, Arzuya çatmaqçün əli yolların.
Çoxunun ömrünü versə də bada, Azını çatdırar şöhrətə, ada. Düzlərdə düzəlib cavanlaşsa da, Dağlarda əyilər beli yolların.
1975, 26 fevral