Əsas məzmuna keç

Qoşma

Yollar mənə yolluğunu göstərə

Zəlimxan Yaqub

1

Dədələrin məclisinə düşəydim, Toyda toyum, yasda yasım olaydı. Başım üstə ustadların duası Salxım-salxım, asım-asım olaydı.

Diridağda Qurbanimiz dirilə, Şah babama müjdə xəbər verilə. Xətainin meyvələri dərilə, Saz köynəyim, söz libasım olaydı.

Şirinlikdə ölüm dönə nağıla, Dünya qəmi başımızdan dağıla. Bir məclisə neçə ustad yığıla, Meydan açan qul Abbasım olaydı.

Sazdan ola unum, dənim, xırmanım, Sazdan gələ ölüm-dirim fərmanım. Xəstələnsəm, sağalmağa dərmanım, Ümid yerim Xəstə Qasım olaydı.

Yollar mənə yolluğunu göstərə, Ali eşqin bolluğunu göstərə, Qul Ələsgər qulluğunu göstərə, Şagird olmaq iltimasım olaydı.

2003, 13 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.