Yollar
Düyünsüz ağacın taxtası kimi, Təmizdi, şumaldı, hamardı yollar. Qoynunda sel kimi insan axıdar, Həyatı yaşadan damardı yollar.
Udmazmı insanı ayaqlı, əlli, Əgər tutduğu yol deyilsə bəlli. Düzlüyü olmasa mənə təsəlli, Qəlbimə şübhətək damardı yollar.
1975, 22 may