Əsas məzmuna keç

Qoşma

Yollar

Zəlimxan Yaqub

1

Ha yeridik tapammadıq dilini, Dumanında itdiyimiz yolların. Sağ-solunda ağac olub, daş olub, Çiçək olub bitdiyimiz yolların.

Yolçusu var, dərvişi var, qulu var, Ayağı var, qanadı var, qolu var. Qəbrimizdən o yana da yolu var, Eşqi ilə ötdüyümüz yolların.

Səhra dolaş, dağ addımla, düz yeri, Nişan qalsın ayaq yeri, iz yeri. Yüz qanadlan, yüz havalan, yüz yeri, Sonu yoxdu ötdüyümüz yolların.

2002, 6 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.