Əsas məzmuna keç

Qoşma

Yola sal məni

Zəlimxan Yaqub

2

Gedirəm, ayrılıq çətin olsa da, Anamın laylası, yola sal məni. Həyatım, varlığım demişəm sənə, Ömrümün mənası, yola sal məni.

Oduna yandığım ocağın közü, Aylı gecələrin söhbəti, sözü, Sərin çeşmələrin qaynayan gözü, Suların aynası, yola sal məni.

Mən ki vurğunuyam bağçanın, bağın, Çiçəklər, başıma yağıştək yağın. Hər axşam başına döndüyün dağın, Çəməni, yaylası, yola sal məni.

1977, 14 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.