Əsas məzmuna keç

Gəraylı

Yola çıxmaq nə gözəldi

Zəlimxan Yaqub

1

Yola çıxmaq nə gözəldi, Yollara yoldaş olasan. Səndən ötrü gen açılan, Qollara yoldaş olasan.

Ağlayasan, kiriyəsən, Dincələsən, yeriyəsən. Yazda qarnan əriyəsən, Sellərə yoldaş olasan.

Fikir düzlərdən atlana, Dağların dili qatlana. Dəli könül qanadlana, Ellərə yoldaş olasan.

Yana-yana, duya-duya, Qarışasan oda, suya. Gedəndə şirin yuxuya, Güllərə yoldaş olasan.

Atasan nəfsin çulunu, Həm varını, həm pulunu. Tapasan haqqın qulunu, Qullara yoldaş olasan.

2001, 11 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.