Yol iləni
Namərd sözə qulaq asmaz, Desən getməz yol iləni. Can matahdır, fələk satmaz Gövhər ilən, zər iləni.
Dərdimi qılmazlar asan, Çəkməz onu hər bir insan, Qılar oldu fələk yeksan Onca canı yer iləni.
Can cismimdə ahəng qıldı, Fələk ilə çox cəng qıldı, Bədəv köhləni tən qıldı İsa minən xər iləni.
Ötən ömrü hesab eylər, Ötməyənə əzab eylər, Bu fanini əcəb eylər, Fələk, baxın, nur iləni.
Mahitabı ol yaşırdı, Tündə nurunu qaçırdı, Qansız heyvanı uçurdu Bircə quru pər iləni.
İqbal atımı sürmədim, Yaxşı-yamanı görmədim, Beşcə gün dövran sürmədim Əcəb türfə yar iləni.
Könül aşna olar oldu, Zəfəran tək solar oldu, Məşuqundan qalar oldu Narlı tütün zar iləni.
İndi növbə bizə yetdi, Tutan quşum fələk ütdü,
Oncaları aşna etdi Əcəb camal huri iləni.
Hər kimə ki baxar oldu, Onun arxı axar oldu, Pərvanəni yaxar oldu, Aldadaraq nar iləni.
Adam ağarmaz un ilə, Can alınmaz zər-xun ilə, Məxdumqulu, Məcnun ilə, Oldu həmrah zar iləni.