Əsas məzmuna keç

Gəraylı

Yol

Zəlimxan Yaqub

1

Yaradanım yaxşı bilir, Yolum kimlərin yoludu. Dünənin söhbəti deyil, Lap qədimlərin yoludu.

Məni qış-yaz anan yollar, Tanrıya uzanan yollar, Halallıq qazanan yollar, Xoş qədəmlərin yoludu.

Qulaq Haqdan gələn səsdə, Könül gündə yüz həvəsdə. Mənim yolum pərdə üstə Yanan simlərin yoludu.

Ruhum yollara bələddi, Yol çaşanlar xəcalətdi. Nuh, İbrahim, Məhəmməddi, Yol Adəmlərin yoludu.

2005, 6 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.