Əsas məzmuna keç

Qoşma

Yetmədi

Aşıq Ələsgər

1

Ömrüm ah-vay ilə keçdi dünyada, Həsrət qaldım, əlim yara yetmədi. Neçə namə yazdım canan elinə, Heç birisi o diyara yetmədi.

Nə doyunca nazlı yarı görmədim, Nə dilimlə əhvalını sormadım, Bağ bəslədim, qönçə gülün dərmədim, Xəzan oldu bağçam bara yetmədi.

Dağların köysündə qar nişanası, Gül üstə görünür xar nişanası, Ölürəm, qəlbimdə yar nişanasa, Gözü yolda, intizara yetmədi.

Gözü yaşlı, ey füqəra Ələsgər, İşi əysik, baxdı qara Ələsgər, Olmadı dərdinə çara, Ələsgər, Həsrət əlin ol dildara yetmədi.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.