Əsas məzmuna keç

Qoşma

Yetirməsiyəm

Zəlimxan Yaqub

1

Bir ovuc torpağın, bir qurtum suyun, Bir əsim küləyin yetirməsiyəm. Bir əlçim buludun, bir udum mehin, Bir çaxım şimşəyin yetirməsiyəm.

Sevib baharımı, duyub yazımı, El özü kökləyib ötən sazımı. Tarla da, zəmi də çəkib nazımı, Sünbülün, çörəyin yetirməsiyəm.

Süzülüb könlümə nə qədər bulaq, Gözündən od verib hər yanan ocaq. Arzular qol açıb, qayğılar qucaq, Bir şirin diləyin yetirməsiyəm.

İstərəm günəştək alışam, yanam, Ömrü bu yanğıya bəxtəvər sanam. Ürəkdir Allahım, ürəkdir anam, Ürəyin, ürəyin yetirməsiyəm.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.