Yetim evlər
Bağlı qalıb qapılar, Nə gedəni qayıdar, Nə itəni tapılar. Təndir çörəksiz qalıb, İstilənmir ocaqlar. Bir-bir gözümdən keçir Olmuşlar, olacaqlar. Burum-burum burulmur Bacalarda tüstülər. Görən kim kimdən küsüb, Oğullarmı soyuyan ocaqlardan incidi, Soyuyan ocaqlarmı oğullardan küsdülər?!
2004, 7 oktyabr