Əsas məzmuna keç

Qoşma

Yetərsən

Məxdumqulu Fəraqi

1

Gələn keçər, qonan köçər, adəmzad, Yürü, sən də bir mənzilə yetərsən, Bu dünyada yeydir qalsa yaxşı ad, Bu dünyaya gəlmiş olsan, ötərsən.

Qafil adam yada salsın əslini, Unutmasın gəlib keçən nəslini, Fələk bilir əkən-biçən fəslini, Orta yerdə sən nə işlər tutarsan.

Cəfa qoyma, qayıtmaz ki bu canın, Bataqlıqdır hər tərəfi cahanın, Tərpəndikcə bataqlığı dünyanın, Qədəm qoysan, gövdən ilə batarsan.

Coşğun gəldi, həddin keçdi, söz açdı, Doğru yoldan doğru gedən düz aşdı, Bihudə deyildir ömrün güzəşti, Hər çeştinə bir gününü satarsan.

Aldığı nə - al qumaşdır, simu zər, Satdığı nə - dərdü əzab, qəm-kədər, Dünya bazar, fələk, sən bir sövdəgər, Məlumdur ki, bu alverdə udarsan.

Məxdumqulu, başında yüz köy vardır, Ayrı mənzil, ayrı məkan, cay vardır, Məzar adlı dar, döşəksiz öy vardır, Ol öy içrə məhşərəcən yatarsan.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.