Əsas məzmuna keç

Qoşma

Yetər

Zəlimxan Yaqub

1

Nazlı qız, üzümü danlama, bəsdi, Hər keçəni üzə vurmağın yetər. Deyirəm səhv etdim, bağışla məni, Deyirsən boynunu burmağın yetər!

Deyirəm, demişəm, deməmiş olum, Deyirsən küsdürdün, tərpənmir qolum. Deyirəm yola sal, uzaqdı yolum, Deyirsən min kələk qurmağın yetər!

Deyirəm qəlbimi etmə gileyli. Deyirsən könlümün başqadı meyli. Deyirəm gecədən keçibdi xeyli, Deyirsən hədərdi, durmağın yetər!

1968, 6 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.