Yetdin
Bir gün atan eşq etdi, Sülbündan cuşə yetdin. Əvvəl sudun, qan oldun, Qandan son leşə yetdin.
Hökm eylədi ol xuday, Doqquz saat, doqquz ay, Yeddi əndam caybacay, Sünnə ulaşa yetdin.
Guş verdi, dəhan verdi, Dəhana zəban verdi, Ağıl verdi, can verdi, Göz verdi, qaşa yetdin.
Yaşdın, ələ ulaşdın, Yürüb, yola ulaşdın, Sözlə dilə ulaşdın, Nan yedin, aşa yetdin.
Yeddində məktəb gördün, Oxudun, yolun bildin, Qız ilə bazı qurdun, Ta on dörd yaşa yetdin.
Haq verdi, yeyib-içdin, Hər yola bir baş qoşdun, Məhbub ilə sevişdin, Elə çolaşa yetdin.
İyrmi dörd yaşa gəldin, Igid olub, sən yeldin, At mindin, qılınc aldın, Cəngə-savaşa yetdin.
Otuzunda yerindən, Duman getməz sərindən,
İgidliyin zorundan, Gəzdin tamaşa yetdin.
Sürdün, dünyanı sürdün, Axır vəfasın gördün, Qırxına qədəm vurdun, Kamil sən, huşa yetdin,
Var almadın bağından, Xəzan vurdu tağından, Əlli, saqqal ağından, Utan, bir yaşa yetdin.
Altmışa yaş yetirdin, Başın qəmə batırdın, Xoş günlərin ötürdün, Yazın yox, qışa yetdin.
Yetmişdə aşdan qaldın, Qüvvətin yox, yıxıldın, Qocaldın, işdən qaldın, Söylə, nə pişə yetdin.
Səksənə yetişsə sal, Necə keçər böylə hal, Ötdü ol coşğun mahal, Oraqsız xoşa yetdin.
Doxsanda yanılar söz, Qara rəngi görər boz, Tamam nurdan düşər göz, Yüz min əndişə yetdin.
Məxdumqulu oturdun, Ömrün qafil ötürdün, Haqçün nə iş bitirdin, Əgər yüz yaşa yetdin.