Yerin qulağı
Üz vurma, səsini eşidən deyil, Söz demə zamanın kar qulağına. Zaman anlamasa, dövran duymasa, Pıçılda sözünü yar qulağına.
Çiçəyə, ağaca, yarpağa söylə, Söylə, hər bağçaya, hər bağa söylə. Yer ki qulaqlıdı, torpağa söylə, Bağla ümidini yer qulağına...
2007, 3 noyabr