Yeridi
Cilvələndi tovuz kimi Qarşıdan bir can yeridi; Abad könlümün evini Eylədi viran, yeridi; Qaş oynatdı, bir ox atdı, Bağrıma peykan yeridi; Qulluğuna huri, pəri, Məlakə, qılman yeridi; Eylədi şux cavanların Qəddini kaman, yeridi.
Dayanmadı, mətləb alım. Qəsd elədi cana, keçdi; Naz elədi, işvə satdı, Qəmzələri qana keçdi; Qolunda qızıl bilərzik, Guşunda zər tana keçdi; Aşığı çəkməyə dara Şəst ilə meydana keçdi; Şikar üçün ovlağına Alıcı tərlan yeridi.
Əynində ətlas küləçə*, Üstünün baftası qəşəng; Qanovuz don, xara köynək, Çəpgəni, qoftası qəşəng;
Tanrı bəxtəvərinin Özü xub, libası qəşəng; Şamına pərvanəyəm, Sərimdə sevdası qəşəng; Saymadı aşiqini, Gözləri məstan yeridi.
Qamətinə heyran olan Pirə, cavana baxmadı; Ayağına üz döşəyən Qıza, oğlana baxmadı; Ərş üzündə məlakəyə, Yerdə insana baxmadı; Mənim ilə keçirdiyi Əhdü peymana baxmadı; Qırdı qol-qanadımı; Qəzəblənmiş xan yeridi.
Ələsgərəm, mail oldum Bu xubların xasına mən; Qaşlarının vəsməsinə, Əlinin xınasına mən; Düşmüşəm Məcnun kimi, Leylinin sevdasına mən; Gəlmişdim təbibimə Dərdimin davasına mən; Bimürvət müşkül dərdimə Etmədi dərman, yeridi.